Naxçıvan Muxtar Respublikasında dekabr ayının 23-n...
23:17 22.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
Karlo Marino Heydər Əliyev Fondunun Vatikanda bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına və mədəni irsin qorunması sahəsində işlərə verdiyi növbəti töhfəsini işıqlandırıb.
Avropa Xəbər Agentliyinin İtaliya və Vatikan üzrə təmsilçisi, Eurasiaticanews’un (Avropa-Asiya xəbərləri) informasiya portalının direktoru və təsisçisi Karlo Marino “Faro di Roma” online qəzetində Karlo Marino Heydər Əliyev Fondunun Vatikanda bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına və mədəni irsin qorunması sahəsində işlərə verdiyi növbəti töhfəsini işıqlandırıb.
"Şərq qapısı" qəzeti xəbər verir ki, Karlo Marinonun imzası ilə dərc olunan nəşrdə Vatikan şəhər dövləti üzrə qubernatorluqla Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilənin imzalandığı diqqətə çatdırılır. Bildirilir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.
Yazıda Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində kardinal Fernando Vergez Alzaqa və digər rəsmi şəxslərlə görüş keçirdiyi, ölkəmiz ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin, Heydər Əliyev Fondu ilə birgə layihələrin müzakirə olunduğu qeyd edilir.
Bildirilir ki, bərpa işləri 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır. Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Vatikanın ən böyük abidələrindən olan Müqəddəs Pavel Bazilikası 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.
Qeyd edilib ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin uzun tarixi var. Xatırladılıb ki, Fond əvvəllər Vatikanda tarixi əhəmiyyət kəsb edən bir neçə abidənin bərpasınan külli miqdarda vəsait ayırıb və onun mədəni irsinin qorunmasında fəal iştirak edib.
Məqalə ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:
Asiman Əsədov
Avropa Xəbər Agentliyinin İtaliya və Vatikandakı səlahiyyətli nümayəndəsi Karli Marinonun Avrasiya ölkələri üzrə təmsilçisi
Digər xəbərlər