NAXÇIVAN :

11 Yanvar 2025, Şənbə

Karlo Marino Azərbaycanın artan beynəlxalq nüfuzu ilə bağlı Fransanın nüfuzlu xəbər saytına eksklüziv müsahibə verib

...

“COP29 Azərbaycan üçün diplomatik uğur idi. Ölkə özünün artan kommersiya və enerji əhəmiyyətindən əlavə, dünyada vasitəçi rolunu oynamaq və böyük beynəlxalq tədbirlər təşkil etmək qabiliyyətini nümayiş etdirdi".

Bu sözləri Avropa Xəbər Agentliyinin İtaliya və Vatikan üzrə səlahiyyətli nümayəndəsi, “Eurasiaticanews” (Avropa-Asiya xəbərlər) portalının rəhbəri, Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, Karlo Marino Fransanın "Global News Network" (GNN) xəbər nəşrinə eksklüziv müsahibəsində söyləyib. 

İtalyan ictimai xadim Karlo Marino bildirib ki, carı ilin yekun nəticələrini nəzərə alaraq əsas dünya hadisələri arasında, şübhəsiz ki, Azərbaycanda keçirilmiş COP29-un özünəməxsus yeri var. Bu mötəbər beynəlxalq tədbir iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrdə mühüm mərhələ oldu və beynəlxalq liderlər üçün fikir mübadiləsi üzrə platforma yaratdı.

İtaliya şirkətləri Qarabağda İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə, eləcə də İtaliya investisiyalarının Azərbaycan iqtisadiyyatındakı roluna toxunan ekspert müsahibəsində qeyd edib ki, İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, İtaliyanın 3 mindən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu xüsusda ölkənin “Eni” və “Unicredit” kimi nəhənglərin Azərbaycanda ümumi sərmayəsi, təxminən, 600 milyon dollardır.

Karlo Marino bildirib: “İtaliya şirkətlərindən biri camış südündən “mozzarella” və “burata” istehsal edir və pendir ixracına görə artıq dünyada dördüncü yerdə olan İtaliya Azərbaycana süd məhsullarının istehsalını genişləndirmək və şaxələndirməyi məqsədləyir. Bundan əlavə, italyan energetika şirkəti “Ansaldo Energia” Azərbaycanın “Azərenerji” şirkəti ilə birgə dörd elektrik yarımstansiyasının tikintisinə dair müqavilə qazanıb. İtaliya şirkətləri və mədəniyyət müəssisələrinin iştirakı ilə Azərbaycanda arxeoloji və mədəni irsin bərpası ilə bağlı işlərə də başlanılıb”.

2020-ci ildə Azərbaycan və Ermənistan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra regiondakı siyasi vəziyyətə də toxunan Karlo Marino qeyd edib ki, 44 günlük savaşdan sonra İtaliya Azərbaycana öz nümayəndə heyətlərini göndərən ilk Qərb ölkələrindən biri olub. O həmçinin Prezident İlham Əliyevin Azərbaycanı strateji geosiyasi mərkəzə, eləcə də nəqliyyat və ticarət yollarının kəsişməsinə çevirmək səylərini xüsusi qeyd edib.

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://gnn-media.com/bilan-de-lannee-2024-negociations-de-paix-entre-lazerbaidjan-et-larmenie-entreprises-italiennes-au-karabakh-et-cop29-exclusif/

Nəşr edilib : 20.12.2024 09:54