Azərbaycanda sazişlərin rəqabət qanunvericiliyinə ...
14:48 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışa müxtəlif bölmə və klublardan ümumilikdə, 100-ə yaxın oğlan və qız karateçi qatılıb. İdmançılar 7 yaş qrupunda müxtəlif çəki kateqoriyaları üzrə mübarizə aparıblar.
Rəsmi açılış mərasimində ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idman siyasətinin uğurla icrasından və bu sahədə qazanılan nailiyyətlərdən bəhs edib. Əlavə edib ki, ölkəmizdə sevilən və kütləviliyi ilə seçilən, muxtar respublikada da köklü ənənələrə malik idman növlərindən biri kimi karatenin inkişafı diqqət mərkəzindədir. Nazirliklə AKF arasındakı əməkdaşlıq əlaqələri konteksində bir sıra yeniliklər, uğurlar üçün əsaslı zəmin yarandığını bildirən Məcid Seyidov təmsil etdiyi qurumun öz səlahiyyətləri daxilində dəstəyini əsirgəməyəcəyini, gələcək planların, hədəflərin müəyyənləşdirilməsində birgə addımların atılmasına hazır olduğunu ifadə edib.
Naxçıvanın mövcud idman mühitindəki əlverişli imkanlardan bəhs edən AKF-in baş katibi Qabil Sayadov regiondakı perspektivləri, burada yaradılan şəraiti və göstərilən qayğını karate adına yüksək qiymətləndirildiyini ifadə edib, birgə əməkdaşlığın bəhrələrindən, xüsusən də, davamlı olaraq təşkil olunan seminarlardan, idman yarışlarından, karateçilərin artmaqda olan uğurlarından bəhs edib.
Tədbirdə həmçinin AKF-nin Naxçıvan Muxtar Respublikasındakı rəsmi nümayəndəsi kimi Nəriman Quliyev ictimaiyyətə təqdim olunub.
Rəsmilər mükafatlandırma mərasimində də iştirak edib, idmançıları diplom, medal və hədiyyələrlə təltif ediblər.
Digər xəbərlər