İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkan...
23:03 19.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan BMT-nin Qadınlar üzrə Agentliyinin Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.
Dövlət Komitəsindən “Şərq qapısı”na bildirilib ki, görüş zamanı gender bərabərliyinin təmin edilməsi, qadınların iqtisadi səlahiyyətləndirilməsi istiqamətində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əhəmiyyətindən danışaraq, insanyönümlü və insan mərkəzli şəhərsalma yanaşmasının əsas prioritetlərdən biri olduğunu bildirib. O, forumun qadınların və həssas qrupların şəhər həyatında iştirak imkanlarının genişləndirilməsi və problemlərin müzakirəsi üçün mühüm beynəlxalq platforma olduğunu qeyd edib.
Kaori İşikava Azərbaycanda keçirilən WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, tədbirin dayanıqlı şəhərsalma, inklüziv inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm platforma olduğunu vurğulayıb. O, qayğı iqtisadiyyatının əhəmiyyətindən danışaraq, bu sahənin inkişafının qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
BMT rəsmisi, Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” əsasında qadınların səlahiyyətləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib, gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi, qayğı iqtisadiyyatı və inklüziv şəhərsalma sahələrində birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Digər xəbərlər