NAXÇIVAN :

09 Avqust 2026, Bazar

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

...

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub.
“Şərq qapısı” xəbər verir ki, yarış Binə Atçılıq Mərkəzində təşkil olunub.
Son yarış günündə final görüşləri keçirilib. Böyüklər arasında qızların mübarizəsində Fatimə Hüseynli qızıl medal qazanıb, oğlanların yarışında isə Nurlan Rəhimli birinci olub.
U-15 kateqoriyasında Selcan Məmmədli və Məhəmməd İsmayılov qızıl medallara sahib çıxıblar.
U-18 kateqoriyasında Sümeyyə Bədəlli ilə Sərdar Vəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, üç gün davam edən yarışda ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb.

Nəşr edilib : 09.08.2026 17:03