NAXÇIVAN :

27 Aprel 2025, Bazar

İyunda 13 gün iş olmayacaq

...

"Şərq qapısı" xəbər verir ki, təqvimə əsasən, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, iyunun 7-si şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində iyunun 9-u da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Qurban bayramı ilə əlaqədar 6,7,8 və 9 iyunda iş olmayacaq.

Eyni zamanda 15 iyun bazar gününə təsadüf etdiyinə görə 16 iyun da qeyri-iş günü olacaq.

Nəşr edilib : 25.04.2025 10:33