NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

...

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirib.

ANAMA-dan verilən məlumata görə, görüş zamanı ölkəmizdə mövcud mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə səfirə məlumat verilib.

Görüş zamanı Azərbaycanın mina təhlükəsi ilə mübarizə fəaliyyətinə İsrail tərəfindən dəstək imkanları, əməkdaşlıq perspektivləri, qabaqcıl texnologiyaların və innovativ həllərin minatəmizləmə prosesinə tətbiqi məsələləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 06.10.2026 17:49