COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ...
19:28 21.11.2024
0
0
0
İspaniya xilasediciləri Valensiya bölgəsində yüzədək insanın ölümünə səbəb olan dağıdıcı daşqınlardan sonra itkin düşənləri aşkar etmək üçün su basmış əkin sahələrini və qapalı vəziyyətdə qalan avtomobilləri yoxlayıblar. Hava şəraitinin pisləşməsi ilə bağlı proqnoza görə şimalda külək xəbərdarlığı edilib.
"Şərq qapısı" “Reuters” agentliyinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları indiyə qədər neçə nəfərin itkin düşdüyünü açıqlamasa da, müdafiə naziri Marqarita Robles həlak olanların sayının arta biləcəyini bildirib.
Valensiyada daşqınlar infrastruktura ziyan vurub, körpüləri, yolları, qatar relslərini və binaları dağıdıb. Məhsul korlanıb, çoxlu sayda mal-qara tələf olub.
Valensiya şəhərindən 85 km aralıda yerləşən Utyel şəhərində Maqro çayının məcrasından çıxması nəticəsində əksəriyyəti birmərtəbəli olan evlərdə suyun səviyyəsi üç metrə çatıb.
Digər xəbərlər