Məhkəmədə Ermənistan ordusunun Azərbaycan ərazilər...
22:13 15.05.2025
0
0
0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini davam etdirir.
"Şərq qapısı" xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin olunub. Eyni zamanda, sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. İndiyədək 206 sakin işəgötürənlərlə birgə təşkil edilən peşə hazırlığı kurslarına cəlb olunub.
Doğma yurdlarına qayıdan vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək öz kiçik təsərrüfatlarını yaradıb.
Sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.
Digər xəbərlər