NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

ISESCO Şuşa irsinin qiymətləndirməsi işlərinə başlayıb

...

ISESCO Şuşadakı irsin qiymətləndirilməsi üçün işlərə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, bunu ISESCO-nun İnsan və Sosial Elmlər Sektorunun Rəhbəri Ramata Almamy Mbaye Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın "Mədəni irsin qorunması və bərpası" adlı panel sessiyasında deyib.

O deyib ki, mədəni irsin qorunması və mühafizəsi üçün zaman yetişib:

"Xüsusilə münaqişə dövrlərində onları qorumaq lazımdır. Bu irs xalqları bir araya gətirərək şövq edən varlıqdır. Azərbaycanın ev sahibliyi etdiyi COP29-da da bu təşəbbüslə ISESCO çıxış etdi".

Onun sözlərinə görə, ISESCO son zamanlar Şuşadakı irsin qiymətləndirilməsi üçün işlərə başlayıb:

"Bu irsin islam dünyası üçün nə qədər dəyərli olub-olmamasını qiymətləndirmək lazımdır. Burada həmçinin ədalətin bərqərar edilməsindən söhbət gedir".

Nəşr edilib : 05.12.2024 17:36