NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

İranlı nazir Qəlalə-Culfa dəhlizinin istifadəyə veriləcəyi tarixi açıqlayıb

...

"Şərq qapısı" xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma naziri, İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Fərzanə Sadeq açıqlamasında məlumat verib. O, bildirib ki, uzunluğu 107 kilometrdən çox olan bu yol strateji əhəmiyyətə malikdir: "Prezidentin uğurlu səfərindən sonra uzun illər iqtisadi əməkdaşlığa mane olan bank maneələri də daxil olmaqla, bir çox ikitərəfli məsələlər sürətlə həll edildi. Həmçinin Bakı ilə Təbriz və Tehran arasında birbaşa uçuşlar təyin edilib, reyslərin sayı artırılıb. Ən mühüm orta layihələrdən biri Qəlalə və Ağbənd arasında sərhəd körpüsünün tikintisidir. Bu körpünün tikintisi Azərbaycan tərəfindən başlanılıb və mövcud məlumatlara görə, işlər sürətlə davam edir. İşlər tamamlandıqdan sonra iki ölkə arasında tranzit əlaqəsi qurulacaq və körpünün gələn ilin Novruz bayramına qədər istifadəyə verilməsi gözlənilir".

Nəşr edilib : 30.09.2025 16:20