NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

İranla Azərbaycan hökumətləri arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında sazişin ilkin imzalanması təsdiq edilib

...

İran İslam Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında Sazişin ilkin imzalanması təsdiq edilib.

"Şərq qapısı" xəbər verir ki, məlumatı İRNA yayıb.

Bildirilib ki, İran Nazirlər Kabinetinin aprelin 16-da keçirilən toplantısında İran İslam Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlıq haqqında Sazişin ilkin imzalanması təsdiq edilib.

Məlumata görə, İran və Qazaxıstan arasında vizasız rejim müddətinin 14 gündən 30 günə qədər artırılması da təsdiqlənib.

Nəşr edilib : 16.04.2025 17:27