NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

İranın XİN başçısı Türkiyədə səfərdədir

...

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçi Türkiyədə səfərdədir.

"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində Seyid Abbas Araqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşü olub.

Görüşdən sonra nazirlər mətbuata birgə açıqlama veriblər.

Suriyadakı son vəziyyət barədə danışan Hakan Fidan deyib: “Vətəndaş müharibəsinin davam etməsini, şəhərlərin bombalarla dağıdılmasını, insanların evlərindən didərgin düşməsini istəmirik”.

Yaxın vaxtlarda Astana razılaşmalarının təkrar həyata keçiriləcəyini ifadə edən nazir prosesi yaxından izlədiklərini, terrorçuların bölgədə yaranan qeyri-sabitlikdən istifadə etməsinə imkan verməyəcəklərini bildirib.

Hakan Fidan məsələnin həlli üçün tərəflər arasında dialoq kanallarının açıq olmasının vacibliyini vurğulayıb.

Astana prosesindən əldə edilən nailiyyətlərin qorunmasının razılaşdırıldığını bildirən Seyid Abbas Araqçi yaranan bu qeyri-sabitliyin Suriya xalqına və iqtisadiyyatına zərbə olacağını deyib.

“Suriya terror təşkilatlarının mərkəzi olmamalıdır. Həmsərhəd ölkələr olaraq, təsirli və sürətli addımlar ataraq, Suriyada təhlükəsizliyin və sabitliyin pozulmasının qarşısını almalıyıq”, - deyə iranlı nazir bildirib.

Nəşr edilib : 02.12.2024 16:22