NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

İranda kömür mədənindəki partlayışda ölənlərin sayı 50 nəfəri ötüb

...

İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

“Şərq qapısı” xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

“Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.

Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.

Nəşr edilib : 22.09.2024 13:45