Millət vəkili Vüqar Rəhimzadə Culfanın Xanəgah kən...
17:35 23.11.2024
0
0
0
İran hakimiyyəti oktyabrın 1-də İsrailə kütləvi raket hücumundan sonra təyyarə uçuşlarına tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə IRNA agentliyi İran mülki aviasiya təşkilatının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, uçuşların təhlükəsizliyi üçün lazımi şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər aradan qaldırılıb. Aviaşirkətlərə bu gün yerli vaxtla səhər saat 5:00-dan uçuşlar həyata keçirməyə icazə verilib.
Ləğv edilmiş bütün aviareyslərə alınmış biletlərin pulunun sərnişinlərə ödəniləcəyi bildirilir.
Digər xəbərlər