NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

İran XİN: Tehran Azərbaycanla münasibətlərin möhkəmlənməsinə ümid edir

...

İran Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İran İslam Respublikası Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edir və ölkəyə inkişaf və rifah, eləcə də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsini arzulayır", - paylaşımda bildirilib.

Nəşr edilib : 28.05.2025 10:14