NAXÇIVAN :

24 Fevral 2025, Bazar ertəsi

İran və Ermənstan XİN başçıları regionda kommunikasiyaların açılmasını müzakirə edib

...

İranın xarici işlər naziri Abbas Ərakçi ilə Ermənistan XİN başçısı Ararat Mirzoyan BMT Şurasının iclası çərçivəsində regionda kommunikasiya xətlərinin açılması məsələlərini müzakirə ediblər.

"Şərq qapısı" xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, nazirlər regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb, uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi səylərinə toxunublar.

Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarına da toxunublar.

Nəşr edilib : 24.02.2025 17:10