Naxçıvan Muxtar Respublikasında noyabr ayının 27-n...
23:54 26.11.2024
0
0
0
Fransa dünya birliyini Paris Sazişi üzrə öhdəliklərin təcili surətdə yerinə yetirilməsinə çağırır.
"Şərq qapısı" xəbər verir ki, bunu Fransanın iqlim səfiri Kevin Morqan Vilmes COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.
Onun sözlərinə görə, Paris əvvəlki iqlim sammitlərində təklif olunan tədbirlərin həyata keçirilməsinin vacibliyinə diqqət yetirir. "Əsas vəzifələr arasında 2030-cu ilə qədər qalıq yanacaqdan tədricən imtina edilməsi, bərpa olunan enerji mənbələrinin payının üç dəfə artırılması və enerji səmərəliliyinin iki dəfə artırılması yer alır.
Fransanın Milli Proqramında 2027-ci ilə qədər kömürdən, 2045-ci ilə qədər neftdən və 2050-ci ilə qədər qazdan imtina edilməsi nəzərdə tutulur. Həmçinin nüvə enerjisinin payının artırılması da planlaşdırılır", - iqlim səfiri qeyd edib.
Digər xəbərlər