Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
İyulun 17-də “İnsan Resurslarının İdarə Olunması” təlim proqramının son sessiyası keçirilib və yekun mərhələdə iştirakçılar sertifikasiya imtahanında iştirak ediblər. 24 saatlıq intensiv təlim proqramı boyunca iştirakçılar insan resurslarının idarə edilməsi sahəsində mühüm bilik və bacarıqlar qazanıblar.
Təlimdə Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələr üzrə 32 qurumdan, ümumilikdə, 40 nəfər iştirak edib. Proqram çərçivəsində insan resurslarının idarə olunması prinsipləri, işə qəbul texnikaları, əmək qanunvericiliyi və performansın idarə edilməsi üzrə nəzəri və praktiki dərslər keçirilib.
İştirakçıların əldə etdikləri biliklər təlimin sonunda keçirilən imtahanla qiymətləndirilib. Yüksək nəticə göstərən iştirakçılar yaxın günlərdə rəsmi sertifikatlarla təltif olunacaq.
Bu təlim idarəetmə bacarıqlarını təkmilləşdirmək və insan resursları sahəsində daha effektiv idarəçilik mühitinin formalaşmasına töhfə vermək məqsədi daşıyıb.
Digər xəbərlər