Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci meda...
18:53 08.10.2026
0
0
0
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavini vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib.
Dövlət İmtahan Mərkəzindən müsahibələrin oktyabrın 14-dən noyabrın 3-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak edəcək namizədlər “Müsahibəyə buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən əldə edə bilərlər. Buraxılış vərəqəsində müsahibənin keçiriləcəyi vaxt və yer barədə məlumat əks olunub.
Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtdan 30 dəqiqə əvvəl müsahibənin keçiriləcəyi binada olmalıdırlar.
Müsahibə zamanı namizədin bilik və bacarıqları müvafiq müsahibə proqramı əsasında qiymətləndiriləcək. Direktor və direktor müavinlərinin işə qəbulunun ümumi qaydaları və müsahibə proqramları ilə Dövlət İmtahan Mərkəzinin internet saytında tanış olmaq mümkündür.
Müsahibədə 16 və daha çox bal toplayan namizəd müvəffəqiyyət qazanmış hesab edilir. Namizəd təqdim etdiyi məlumat və sənədlərin doğruluğuna görə şəxsən məsuliyyət daşıyır. Müsabiqənin istənilən mərhələsində təqdim olunan məlumatların yanlış olduğu, saxta sənəd verildiyi və ya namizədin müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkarlandığı halda, onun müsahibə nəticələri ləğv ediləcək.
Müsahibənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan olunduqdan sonra üç iş günü müddətində apellyasiya qaydasında şikayət verə bilərlər.
Digər xəbərlər