NAXÇIVAN :

08 Oktyabr 2026, Cümə axşamı

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

...

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 6-da keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Mərakeş Krallığı vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş tədbirlər nəticəsində 2 nəfər Əfqanıstan vətəndaşı eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd göstərən zaman tutulub.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəşr edilib : 08.10.2026 18:13