NAXÇIVAN :

03 Fevral 2025, Bazar ertəsi

İMES sisteminə inteqrasiya olunması ilə bağlı təlim keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində İMES (İncəsənət Məktəblərinin Elektron Sistemi) sisteminə keçid ilə bağlı maarifləndirici təlim keçirilib.
Təlimdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən, rayon mədəniyyət idarə və şöbələrinin müdirləri, Uşaq, Musiqi, İncəsənət və Bədii Sənətkarlıq məktəblərinin direktorları iştirak ediblər.
Ölkənin analoji qurumu olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş sektorunun müdiri Həcərxanım Məmmədova videogörüntü vasitəsilə sistem barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, sözügedən sistemin məqsədi musiqi təhsili müəssisələri, məktəbdə tədris aparan müəllimlər və təhsil alan şagirdlər barədə məlumatların vahid bazada yerləşdirilməsi, məlumatların əlçatanlığının təmin edilməsidir.

Nəşr edilib : 03.02.2025 18:31