NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

...

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.

"Şərq qapısı" xəbər verir ki, Xalq artisti ilə vida mərasimi Təzə Pir məscidində keçirilir.

Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Nəşr edilib : 25.08.2026 11:28