NAXÇIVAN :

24 Fevral 2025, Bazar ertəsi

İlandağ geoparkının xəritəsi hazırlanıb

...

Naxçıvan Muxtar Respublikasında yerləşən İlandağ geoparkı ilə bağlı əhəmiyyətli işlər görülməkdədir. Artıq geoparkın xəritəsi hazırlanıb, ərazidəki obyektlərin pasportlaşdırılması başa çatdırılıb və aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

İlandağ geoparkının UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi üçün tələb olunan sənədləşmə prosesinin beynəlxalq standartlara uyğun aparılması əsas prioritetlərdəndir. Bunun üçün donor təşkilatlarla əməkdaşlıq edilməsi və müvafiq maliyyə dəstəyinin əldə olunması nəzərdə tutulur.

Qeyd edək ki, İlandağ geoparkı Naxçıvanın zəngin geoloji və təbiət irsini əks etdirən mühüm bir ərazidir. UNESCO statusu qazandığı təqdirdə bu bölgə beynəlxalq səviyyədə tanınacaq, ekoturizm və elmi araşdırmalar üçün yeni imkanlar açılacaq. Hazırda müvafiq qurumlar və mütəxəssislər sənədlərin tərtib olunması və geoparkın dünya səviyyəsində tanıdılması üçün intensiv iş aparırlar.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 24.02.2025 12:05