NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

İkinci Azərbaycan-Türkiyə regional iqtisadi forumunun hər iki ölkənin iş adamları üçün böyük əhəmiyyəti vardır

...

"Bildiyimiz kimi, bu ilin mart ayında biz Qarsda olmuşduq. Birinci Azərbaycan-Türkiyə regional iqtisadi forumu keçirilmişdi. Birincinin uğurlu davamı kimi ikinci Azərbaycan-Türkiyə regional iqtisadi forumunun hər iki ölkənin iş adamları üçün çox böyük əhəmiyyəti vardır".
Bu sözləri "Şərq qapısı"na müsahibəsində "Cahan Holding"in prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədr müavini, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov deyib.
O qeyd edib ki, növbəti ildən Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan təşviqlər, vergi və digər güzəştlər bura Türkiyənin sərhədyanı bölgəsindən olan iş adamlarına daha cəlbedici olacaq: "Düşünürəm ki, belə forumların davamlı keçirilməsi vacibdir. Və həm Türkiyə tərəfindən, həm Azərbaycan tərəfindən, həm də Naxçıvan tərəfindən olan sahibkarlar üçün önəm daşıyacaq".
 "Növbəti mərhələdə Qarabağda keçiriləcək forumda Azərbaycanın digər regionlarından olan sahibkarlar, eyni zamanda Naxçıvan sahibkarları da iştirak edəcək. Və ümumiyyətlə, Azərbaycanda keçirilən belə müxtəlif tədbirlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının bir bölməsi olaraq Naxçıvan Sahibkarlar Konfederasiyası da sahibkarlar üçün çox böyük şərait yaradıb ki, belə forumlarda iştirak etsinlər", – deyə Vüqar Abbasov əlavə edib.

Nəşr edilib : 03.12.2025 18:04