NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

İƏT-in nümayəndəsi: İtkin düşmüş şəxslər məsələsinin həlli etimadın yaranmasına töhfə verə bilər

...

İtkin düşmüş şəxslərlə bağlı vəziyyət ikiqat əzab deməkdir. Bu, sevdiklərini itirmək, qeyri-müəyyənlik, dayandırılmış ümid və ümidsizlik içində əzab çəkmək, yas saxlaya bilməmək və sağala bilməməkdir.

"Şərq qapısı" xəbər verir ki, bunu oktyabrın 9-da Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyasının Katibliyinin sədr müavini Mahi Həsən Əbdül-Lətif deyib.

O bildirib ki, Cenevrə Konvensiyası və əlavə protokollar çərçivəsində dövlətlər itkin düşmüş şəxslərin taleyini müəyyən etmək və ailələrinə məlumat vermək öhdəliyinə malikdir. “İtkin düşmüş şəxslər məsələsinin həlli düşmənçiliyi, etimadsızlığı və dözümsüzlüyü azaltmağa, etimad yaratmağa və mübahisələrin siyasi həllini tapmaq səylərini asanlaşdırmağa töhfə verə bilər”, - deyə o vurğulayıb.

Nəşr edilib : 09.10.2025 14:27