MDB İcraiyyə Komitəsi: Uğurlu COP29 Azərbaycanı iq...
17:02 23.11.2024
0
0
0
Azərbaycana yenidən səfər etməkdən qürur duyuram. 2023-cü ildə bura faktaraşdırıcı missiyanın tərkibində gəlmişəm. Biz işğaldan azad edilmiş ərazilərdə olduq və hesabat hazırladıq. Bu hesabatda Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının hüquqlarının pozulduğu, ekosid törətdiyi də qeyd edilib. Bu, Ermənistan tərəfindən beynəlxalq prinsiplərə və hüquqlara zidd olan hərəkətdir.
Bu fikirləri oktyabrın 2-də keçirilən Ombudsmanların Beynəlxalq Bakı Forumunda İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud səsləndirib.
İqlim dəyişikliyinin törətdiyi fəsadlarla bağlı fikirlərini bölüşən qonaq qeyd edib ki, proqnozlara görə, 2050-ci ilə qədər iqlim miqrantlarının sayı 140 milyon artacaq.
Vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkalatına (İƏT) üzv ölkələr insan hüquqlarının qorunması, iqlim ədaləti uğrunda mübarizələrini davam etdirirlər.
Digər xəbərlər