Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
Ötən gün Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib. Qərara əsasən, bakalavr təhsil səviyyəsi üzrə hər tələbəyə düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə isə 60 faiz artırılıb.
Bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, bir bakalavriata və magistranta düşən təhsil haqqı xərci təxminən 3 min manat, doktorantura səviyyəsi üzrə 4500 manatdan çoxdur.
İdris İsayev əlavə edib ki, növbəti illərində bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək: “Hazırda 73 mindən çox tələbənin yarısından çoxu dövlət hesabına təhsil alır. Bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir”.
Digər xəbərlər