NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

ICMP-nin baş direktoru: İndi ailələr itkin düşən şəxs barədə məlumat bazasına hesabat verə bilərlər

...

İnteqrasiya Olunmuş Məlumat Bazalarının İdarə Edilməsi Sistemi Azərbaycana, ilk növbədə, illər ərzində apardığı sahə işlərindən topladığı bütün məlumatları yükləməyə imkan verir. Bu sistem Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və prosesdə iştirak edən qurumların hər birinə – sahə işlərindən morqa qədər, sahədə çalışan antropoloqlar və arxeoloqlardan genetiklərə, məhkəmə-tibbi ekspertiza institutuna qədər – öz məlumatlarını yükləməyə imkan verməklə artıq məlumatların mərkəzləşdirilməsinə şərait yaradacaq.

"Şərq qapısı" xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer

Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən bildirib.

O deyib ki, bu, həm də unikal şəkildə, ilk dəfə olaraq, itkin düşənlərin ailələrinə əvvəllər mümkün olmayan formada əməkdaşlıq etmək imkanı verəcək: "İndi ailələr onlayn sorğu mərkəzi vasitəsilə itkin düşən şəxs barədə məlumat bazasına hesabat verə və öz işlərinin statusu haqqında real vaxt rejimində məlumat ala bilərlər",- deyə o qeyd edib.

Nəşr edilib : 30.06.2026 12:26