NAXÇIVAN :

24 Dekabr 2024, Çərşənbə axşamı

İcma: ABŞ səfirliyinin Azərbaycanın daxili işlərinə qarışan növbəti bəyanatını qınayırıq

...

ABŞ-nin Azərbaycandakı səfirliyinin insan hüquqlarını müdafiəsi adı altında ölkəmizin daxili işlərinə qarışan növbəti bəyanatını qınayırıq.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

"Məzmun baxımından bəyanat əsassız, manipulyativ və həqiqətdən uzaqdır. Mövcud ABŞ administrasiyasının insan hüquqlarının təşviqi adı altında fəaliyyəti tamamilə zərərlidir və hüquq anlayışı ilə bir araya sığmır.

ABŞ administrasiyası Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının pozulması kimi kütləvi insan hüququ problemini gözardı etmiş və faktiki olaraq onlara qarşı etnik və dini əsasda ayrı-seçkiliyəyol vermişdir. Bu ayrı-seçkilik insan hüquqları ideyasına vurulan ən böyük zərbədir.

Biz hazırkı ABŞ administrasiyasını, heç olmasa, son günlərində insan hüquqlarını siyasi məqsədləri üçün alət etməkdən çəkinməyə çağırır və Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıtması kimi əsl insan hüquqları məsələsini müdafiə etməyə və bu haqq işinə dəstək verməyə səsləyirik", - bəyanatda vurğulanır.

Nəşr edilib : 23.12.2024 21:22