NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

IACCI prezidenti İsrailin Azərbaycandakı səfiri ilə birgə təşəbbüsləri müzakirə edib

...

Azərbaycan-İsrail Ticarət və Sənaye Palatasının (Israel Azerbaijan Chamber of Commerce and Industry, IACCI) prezidenti Aleks Kaplun İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə palatanın sosial şəbəkələrdəki səhifəsində məlumat yayılıb.

"Söhbət zamanı İsrailin Azərbaycanla əməkdaşlığının irəlilədilməsi və dərinləşdirilməsi üzrə birgə təşəbbüslər müzakirə olunub", - məlumatda bildirilib.

Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail XİN-in Avrasiya şöbəsinin direktoru Ronen Kraus İsrailin Azərbaycandakı yeni səfiri təyin edilib.

Nəşr edilib : 17.01.2025 11:40