NAXÇIVAN :

16 May 2025, Cümə

I Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları tapılan şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Şərurda dəfn olunub

...

"Şərq qapısı" xəbər verir ki, şəhidin nəşi Şərur  Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Sonra yaylım atəşi olub. Şəhidin tabutu üstündə olan dövlət bayrağı şəhidin qardaşına təqdim olunub.
Dəfn mərasimində şəhid M.Məmmədovun doğmaları, Şərur və Sədərək Rayon İcra hakimiyyətlərinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub, I Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edib.
26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb.

Nəşr edilib : 16.05.2025 11:17