Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər im...
17:51 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç deyib. O bildirib: “Dünən Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh məsələsi müzakirə olundu. Əsas məqam ondan ibarətdir ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər tarixdə ilk dəfə olaraq bu qədər isti, bu qədər güclü oldu. Buna çox məmnun olduq. Dünən sənədlər imzalandı. Bu strateji tərəfdaşlıq sənədində müxtəlif sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Həmçinin enerji sahəsində. Bundan əlavə, 97 sahə üzrə də qadağa ləğv olundu. Bu da Azərbaycan baxımından çox önəmlidir”.
O qeyd edib ki, Vaşinqton görüşü, əslində, Azərbaycanımız üçün çox-çox önəmli keçən bir görüş oldu. Həmçinin Zəngəzurda, bildiyiniz kimi, bir inkişaf baş verdi. Ermənistanla dövlətlər arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşma imzalandı. Zəngəzur dəhlizi ilə bağlı çox mühüm bir hadisə baş verdi. Niyə önəmlidir? Çünki bu yol Azərbaycanı Naxçıvana bağlayacaq. Həmçinin Türkiyəyə bağlayacaq. Bu Türkiyə baxımından da önəmlidir. Türk dünyasını bir-birinə bağlayacaq. Bu çox strateji bir dəhlizdir. Ona görə də bu dəhlizin açılması çox vacibdir.
Bizim üçün vacib olan bu dəhlizin istifadəyə verilməsidir. Orada, bildiyiniz kimi, həm avtomobil yolu, həm dəmir yolu olacaq. Bununla da Azərbaycan uzun illərdir, arzuladığı Zəngəzur dəhlizindən keçid imkanına malik olacaq.
Onun sözlərinə görə, indiyə qədər bütün daşımalar İran üzərindən həyata keçirilirdi. Yol məsafələri azalacaq. Ordumuz üçün olan nəqliyyat xərcləri də azalacaq. Bundan başqa, Türkiyə də çox məmnun qalıb. Türkiyə 32 ildir ki, Ermənistanla sərhədini bağlayıb, diplomatik münasibətləri dayandırıb.
Bundan sonra nə olacağı haqqında danışan Hulusi Kılıç bildirib ki, Azərbaycan ilə Ermənistan arasında saziş imzalandıqdan sonra, dərhal ardınca Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi başlayacaq. Bu isə bölgədə yeni bir dövrün başlanması deməkdir.
“Bölgə xalqları baxımından bu çox-çox əhəmiyyətlidir. Bölgənin inkişafı, sülh və təhlükəsizlik baxımından da bu çox önəmlidir. Biz hər zaman sülh tərəfdarıyıq. “Yurdda sülh, cahanda sülh” prinsipinə sadiq qalırıq. Bizim heç bir xalqla düşmənliyimiz yoxdur.
Keçmişdə həm Azərbaycan, həm də Türkiyə ermənilərlə birlikdə yaşayıb. Ona görə də əsas siyasi iradə qalarsa, biz bunu alqışlayacağıq. Xeyirli olsun.
Zəngəzur dəhlizinin açılması ilə əməkdaşlığı inkişaf etdirmək istəməyənlərin gözləntiləri fərqli ola bilər. Amma Azərbaycanın haqqı oradan keçməkdirsə, keçməlidir. Heç kimə qarşı bir borcu yoxdur. Bir ölkənin öz mənfəəti nədirsə, o da olmalıdır. İstəməyənlər olacaq, əlbəttə ki, amma onlar da öz mənfəətləri üçün istəmirlər. Amma öncəlik Azərbaycanın olmalıdır. Uzun illərdir ki, bu dəhliz bağlı idi. Azərbaycana aid torpaqlar Ermənistana hədiyyə edilmişdi. O torpaqlar da Azərbaycana aiddir. Bu, gizlin tərəfi olmayan bir məsələdir.
Təbii ki, Trampın Azərbaycanın yanında olması güclü bir dəstəkdir. Hamı görür ki, bu da bizim üçün qürurdur. Bu bizim üçün tarixi bir görüşmə idi. Prezident İlham Əliyev bir ulduz kimi parıldayıb, hamının diqqətini çəkmişdi. Savaşın qalibi, sülhün də qalibidir” , – deyə o qeyd edib.
Digər xəbərlər