NAXÇIVAN :

08 Dekabr 2025, Bazar ertəsi

Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığı müzakirə edib

...

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

Məlumata görə, görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.

"Ukraynaya davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdaram",- deyə Y.Qusev vurğulayıb.

Nəşr edilib : 31.07.2025 13:08