NAXÇIVAN :

09 May 2025, Cümə

Heydər Əliyev Muzeyinə avadanlıqların alınması üçün müqavilə bağlanılıb

...

Heydər Əliyev Muzeyi üçün kamera, siqnalizasiya, işıqlandırma, havalandırma, isitmə və soyutma avadanlıqlarının alınması ilə bağlı müqavilə bağlanılıb
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisya xərcləri) çərçivəsində bir sıra işlər görülüb.
Belə ki, nazirlik tərəfindən 5 may 2025-ci il tarixdə Heydər Əliyev Muzeyi üçün kamera, siqnalizasiya, işıqlandırma, havalandırma, isitmə və soyutma avadanlıqlarının alınması ilə bağlı 355539.90 (üç yüz əlli beş min beş yüz otuz doqquz manat doxsan qəpik) AZN dəyərində müqavilə bağlanılıb.
Məlumat üçün qeyd edək ki, qısa zamanda müvafiq avadanlıqların  quraşdırılmasına başlanacaq.

Nəşr edilib : 08.05.2025 20:18