NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Hesablama Palatası: "ClimateScanner"in nəticələri COP29-da təqdim olunacaq

...

"ClimateScanner" ("İqlim Skaneri") layihəsinin nəticələri bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim olunacaq.

"Şərq qapısı" bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, Braziliya Ali Audit Orqanı(AAO) - Federal Hesablama Məhkəməsi ilk dəfə olaraq BMT-nin Auditorlar Şurasına üzv seçilib. Braziliya AAO-su 2030-cu ilə qədər Fransa və Çin AAO-ları ilə birlikdə altı illik müddətə bu vəzifəni icra edəcək.

Bununla əlaqədar, BMT-nin Baş Katibi Antonio Quterreş Braziliya AAO-nun sədri Bruno Dantası Nyu-Yorkdakı mənzil-qərargahda qəbul edib. Görüşdə B.Dantas "ClimateScanner" layihəsinin cari vəziyyətinə dair məlumatları Baş Katibə təqdim edib və qeyd edib ki, Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) çərçivəsində Braziliya və 17 ölkəni təmsil edən AAO tərəfindən hazırlanmış iqlim siyasətlərinin auditi üçün qlobal metodologiya olan "ClimateScanner" layihəsinə 127 ölkə qoşulub. Bildirilib ki, həmin ölkələrin AAO-ları üçün nəzərdə tutulmuş təlimlərdən sonra müvafiq qiymətləndirmələrin aparılması planlaşdırılır.

Baş Katib layihənin gedişatından məmnun qaldığını, iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsləri üzrə hökumətlərin cəmiyyətə təqdim etdiyi məlumatların etibarlılığını təmin etmək üçün məlumatların yoxlanılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, Paris Sazişinin məqsədlərinə riayət olunması ilə bağlı ölkələrin dərc etdikləri məlumatların araşdırılmasına ehtiyac var.

Bu kontekstdə B.Dantas qlobal iqlim dəyişikliyi ilə bağlı siyasətlərdə ali nəzarət institutlarının roluna dair BMT-nin rəsmi qətnaməsinin vacibliyinə toxunub.

Sonda Braziliya AAO-nun sədri "ClimateScanner"in nəticələrinin noyabrda Azərbaycanda keçiriləcək COP29-da təqdim olunacağını bildirib.

Nəşr edilib : 27.07.2024 13:33