Azərbaycan Prezidenti İlham Əliyevin İran Preziden...
13:43 28.04.2025
0
0
0
NAXÇIVAN :
28 Aprel 2025, Bazar ertəsi
Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfərində olub. Səfər çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən, Azərbaycan-Çin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq fəaliyyətindən danışıb.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva bildirib.
Deputat Azərbaycan Prezidenti İlham Əliyevin Çin telekanalına müsahibəsində dediyi sözləri xatırladıb: “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik.
Çinlə iqtisadi cəhətdən əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Eyni zamanda Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək Yolunun bərpa edilməsi ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır”.
“Dünyanın böyük və qədim dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə olan münasibətlərin inkişafı Azərbaycanın milli maraqları, strateji maraqlarına uyğundur və Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri və bu səfər zamanı imzalanan sənədlər əlaqələrin daha da genişlənməsinə səbəb olacaqdır. Müsahibədə iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivlərinə də xüsusi yer ayrılıb. Çinin modernləşmə və burada aparılan islahatlara toxunulub, Çinin keçdiyi tərəqqi yolundan, bu təcrubədən yararlanmalardan danışılıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı istiqamətində növbəti bir addımdır. Dövlət başçısının səfərləri ölkələr arasında inteqrasiyanın daha da güclənməsinə və yeni-yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verərək uzunmüddətli perspektivlər yaradır”, – deyə Aysel Dünyamalıyeva əlavə edib.
Digər xəbərlər