Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri...
11:52 24.09.2026
0
0
0
Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrini, eləcə də Naxçıvan Hərbi Kollecini ziyarət edib.
Hərbi Prokurorluqdan verilən məlumata görə, hərbi qulluqçularla görüşdə Vətən müharibəsində və antiterror əməliyyatında Silahlı Qüvvələrimizin və xalqımızın bir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən və Dövlət Suverenliyimizin tam bərpa olunmasından danışılıb.
Görüş zamanı hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.
Digər xəbərlər