Çernobıl AES-də baş verən qəzadan 39 il ötür...
00:20 26.04.2025
0
0
0
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Referans Medical Group”un dəstəyi ilə keçirilən “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi aprelin 23-24-də Şabran rayonunda davam etdirilib.
Əvvəlcə Şabran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Şabran Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı onkologiya, kardiologiya, nevrologiya, psixiatriya, ginekologiya və endokrinologiya sahəsi üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki gün ərzində, ümumilikdə, 700-dən artıq vətəndaşa 1100-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müayinəyə gələn uşaqlara hədiyyələr verilib.
Qeyd edək ki, Şabran rayonunda təşkil olunan sosial layihədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev də iştirak edib. Həmçinin AHİK könüllüləri də tədbirin hazırlanmasına kömək ediblər.
Digər xəbərlər