NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Hakan Fidan: Kəşfiyyat mənbələrimiz Fətullah Gülənin ölüm xəbərini təsdiqləyib

...

“Türkiyənin kəşfiyyat mənbələri FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin ölüm xəbərini təsdiqləyib. Qaranlıq təşkilatın lideri öldü. Terrorla mübarizədə millətimizin qətiyyəti davam edəcək”.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Bu ölüm xəbəri bizi rahatlığa çəkməyəcək. Bu təşkilat, millətimizin tarixində nadir rastlanan bir təhlükə mənbəyi olub. Minlərlə gəncimizi müqəddəs dəyərlər adına aldadaraq sıralarına qatmış, bu gəncləri öz vətənlərinə, millətlərinə xəyanət edən bir vasitəyə çevirmişdi. Bu insanlar indi xaricdə kəşfiyyat xidmətlərinin əllərində öz ölkələrinə, millətlərinə və dəyərlərinə qarşı bir silah kimi istifadə olunur. Bu ölümün səbəbi ilə artıq onların üzərindəki sehrin ortadan qalxmış olması lazımdır. Onları getdikləri xəyanət dolu bu yoldan çəkilməyə dəvət edirəm. Bu yol yaxşı bir yol deyil. Bu yolun sonu yaxşı bir son deyil” - deyə Türkiyənin XİN rəhbəri bildirib.

Nazir Türkiyə millətinin və dövlətinin hər cür terror təşkilatı ilə olduğu kimi, FETÖ ilə də mübarizəyə davam edəcəyini vurğulayıb.

Nəşr edilib : 21.10.2024 14:37