NAXÇIVAN :

01 Fevral 2025, Şənbə

Hakan Fidan Qətərə səfər edəcək

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 3-də Qətərə gedəcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, səfər iki gün davam edəcək.

H.Fidan Qətərin rəsmi şəxsləri ilə görüşəcəyi, ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Nəşr edilib : 01.02.2025 20:10