NAXÇIVAN :

10 Aprel 2025, Cümə axşamı

“Haber Global”: Prezident İlham Əliyev Avropaya qaz tədarükü coğrafiyasının genişləndirilməsi planlarını açıqlayıb

...

Türkiyənin “Haber Global” telekanalı çoxmilyonlu tamaşaçı auditoriyasına Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə məlumat verib.

"Şərq qapısı" xəbər verir ki, xəbər telekanalı diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışına yönəldib.

Türkiyənin xəbər telekanalı qeyd edib: “Dövlət başçısı vurğulayıb ki, bu gün enerji təhlükəsizliyi həmişəkindən daha çox milli təhlükəsizlik, ölkələrin təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib”.

“Haber Global” telekanalı Prezident İlham Əliyevin Avropaya qaz tədarükünün genişləndirilməsi haqqında ifadə etdiyi fikirləri ön plana çıxarıb: “Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək”.

Nəşr edilib : 04.04.2025 12:18