SABAH proqramı 19 universiteti əhatə edəcək: ölkəd...
16:22 14.09.2026
0
0
0
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə rəsmi səfərdə olan Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ilə iki ölkə arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.
"Şərq qapısı" xəbər verir ki, söhbət zamanı Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın əhəmiyyəti və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin regionda baş verən prosesləri müzakirə ediblər.
İrakli Kobaxidze Gürcüstanın Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsini qətiyyətlə dəstəklədiyini bildirib.
Digər xəbərlər