NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupuna yeni rəhbər təyin olunub

...

Gürcüstan parlamentində Azərbaycan parlamenti ilə əlaqələr üzrə dostluq qrupuna yeni rəhbər təyin olunub.

"Şərq qapısı" xəbər verir ki, Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili Azərbaycanla dostluq qrupuna rəhbərlik edəcək.

Qanunverici orqanın büro iclasında məsələ səsə qoyularaq qəbul olunub və təsdiqlənmək üçün plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, Azərbaycan parlamenti ilə dostluq qrupunun əvvəlki rəhbəri Givi Mikanadze bu ilin iyununda Gürcüstanın təhsil, elm və gənclər naziri təyin edildiyi üçün bu vəzifə boş idi.

Nəşr edilib : 29.10.2025 15:50