Azərbaycan-İran sərhədində zəlzələ olub
00:01 07.01.2025
0
0
0
NAXÇIVAN :
07 Yanvar 2025, Çərşənbə axşamı
Həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, həm də Yeni il bayramı ilə əlaqədar Naxçıvanda bir çox qurumlarda gücləndirilmiş iş rejimi tətbiq olunur. Bu rejim əhalinin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi daşıyır. Həmin sahələrdən biri də polis və hüquq-mühafizə orqanlarıdır. Onlar dekabrın son günlərindən etibarən ictimai asayişi təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışır və bayram tədbirində əhalinin təhlükəsizliyini təmin edirlər. Naxçıvan şəhərində 31 dekabr tarixdə keçirilən "Snowfest" bayram tədbirində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti də yarana biləcək ani yanğın vəziyyətində və başqa problemlər zamanı müdaxilə üçün hazır vəziyyətdə dayanıb.
Bayram günlərində təcili tibbi yardım xidmətləri və xəstəxanalar əhalinin sağlamlığını qorumaq üçün fasiləsiz fəaliyyət göstərir və əlavə növbələr təşkil edilir. Artıq bir neçə gündür ki, təcili tibbi yardım və dövlət yol polisi əməkdaşları festival keçirilən əraziyə cəlb olunmuş, əhalinin təhlükəsizliyi təmin olunmuşdur.
İctimai nəqliyyat işçiləri və kommunal xidmətlər bayram dövründə gücləndirilmiş rejimdə çalışacaqlar. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəsmi sosial media hesabında olan paylaşıma görə, bayram və qeyri-iş günlərində insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək qəza anlarına çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə xidmətin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib, fasiləsiz elektrik enerjisi təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb. Qəza halları istisna olmaqla, elektrik enerjisi təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmayıb.
Xidmətin Mərkəzi Aparatında, Yüksək Gərginlikli Elektrik Şəbəkəsində, şəhər və rayon elektrik şəbəkələrində, elektrik stansiyalarında məsul növbətçilik rejimi tətbiq edilərək qəza xidmətləri 24 saat istehlakçıların xidmətində olacaq, operativ müdaxilə nəticəsində baş verən nasazlıqlar xarakterinə görə ən mümkün qısa vaxt ərzində aradan qaldırılacaqdır.
Rəsmi dövlət orqanlarından əlavə, super marketlər, mağazalar və iaşə obyektləri, restoran və kafelər bayram alış-verişi və tədbirlərin artması səbəbindən iş saatlarını uzadacaq və əlavə personal işə cəlb edəcək. Bundan əlavə, televiziya, radio və xəbər agentlikləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Naxçıvanda bu sahələrdə çalışanlar bayram günlərində əhalinin rahatlığı və təhlükəsizliyi üçün əvəzsiz xidmət göstərir.
Rafiq Təhməz
Digər xəbərlər