Çernobıl AES-də baş verən qəzadan 39 il ötür...
00:20 26.04.2025
0
0
0
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Görmək gözəldir” adlı oftalmoloji profilaktik aksiya bu gün Naxçıvan Sağlamlıq Mərkəzində yekunlaşıb.
Aksiyanın sonuncu günündə “Naxçıvan Qaziləri” İctimai Birliyinin dəstəyi ilə bir qrup qazi və onların ailə üzvləri peşəkar oftalmoloqlar tərəfindən müayinə olunub. Müayinələrin məqsədi göz sağlamlığının qorunması, erkən diaqnostika və ehtiyac olduqda yönləndirmələrin təmin edilməsidir.
Qeyd edək ki, Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunan aksiya çərçivəsində muxtar respublikanın müxtəlif bölgələrində yüzlərlə vətəndaş göz müayinəsindən keçib. Aksiya əhalinin sağlamlığının qorunmasına, xüsusilə həssas təbəqələrin tibbi xidmətlərə əlçatanlığının artırılmasına xidmət edir.
Digər xəbərlər