Bu axşam dualar nə qədər çox olsa, ürəklər də o q...
00:05 15.03.2025
0
0
1
NAXÇIVAN :
15 Mart 2025, Şənbə
Azərbaycan Gimnastika Federasiyasının (AGF) məşqçiləri tərəfindən muxtar respublika gimnastları və onların valideynləri üçün “Gimnastika hamı üçün” idman növündə ustad dərsi keçilib.
Tədbirdə 80-ə yaxın gimnast, eləcə də məşqçi və valideynlər iştirak ediblər.
AGF-nin “Gimnastika hamı üçün” idman növü üzrə baş məşqçisi Ruslan Eyvazov, məşqçilər Abid Aslanov, Rəna Manafova, Ləman Zeynalzadə və digərlərindən ibarət 8 nəfərlik heyəti ustad dərsinin iştirakçıları ilə öz təcrübələrini bölüşüb. Dərs isinmə hərəkətləri ilə başlayıb, ardınca rəqslər, fləş-mob və akrobatik hərəkətlər icra olunub.
Qeyd edək ki, bu növdə ustad dərsi Naxçıvanda artıq ikinci dəfədir (birincisi, 2023-cü ildə), təşkil olunur. Məqsəd adıçəkilən idman növünə marağı artırmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltmək və gələcək yarışlar öncəsi motivasiya etmək olub.
Azərbaycan Gimnastika Federasiyasının məşqçiləri tərəfindən Naxçıvanda təşkil olunan “Gimnastika hamı üçün” idman növü üzrə ustad dərslərin keçilməsi təsdiq edir ki, ölkəmizdə idman siyasəti günün tələbləri səviyyəsində qurulmaqdadır. Biz də “Şərq qapısı” komandası olaraq muxtar respublikanın qonağı olan “Gimnastika hamı üçün” idman növü üzrə baş məşqçi Ruslan Eyvazovla həmsöhbət olduq.
O bildirdi ki, artıq 2-ci dəfədir ki, ustad dərslər üçün muxtar respublikaya gəlirlər: “Bizi hər zaman burada gülərüz və səmimiyyətlə qarşılayırlar. Naxçıvanlıların qonaqpərvərliyi danılmazdır. Komanda olaraq 9 nəfər heyətlə gəlmişik. Bunlar arasından 6 nəfəri gimnastika üzrə dərslər keçəcək. Mən çox şadam ki, “Gimnastika hamı üçün” idman növü naxçıvanlı gimnastlar tərəfindən sevilir və inkişaf edib. Bu gün keçilən dərslərdə uşaqlara isinmə hərəkətləri, fləş-mob, hipopreksi, akrobatik hərəkətlər öyrədilir. Həmçinin dərslərimizdə balaca uşaqların valideynləri də bizlərlə birgə onlara dəstək olmaq üçün iştirak edirlər. Təşkil olunan bütün festival və yarışlarda bu balacalar Naxçıvanı layiqincə təmsil edir. İnanıram ki, keçilən dərslərdə də onlara nəsə öyrədə bilmişik. Düşünürəm ki, bunun özü də onlara motivasiyadır. Hər birinə uğurlar arzu edirəm”.
Ustad dərslərdə iştirak edən qonaqlardan biri 63 yaşlı Rəna Manafovadır. Müsahibimiz qeyd etdi ki, gimnastika nə qədər çətin olsa da, Naxçıvanda potensiallı uşaqlar çoxdur: “Əslində, idmanın bütün növləri maraqlıdır. İdmanla təkcə peşəkarlar deyil, hər bir insan sağlamlığı üçün məşğul olmalıdır. Mən özüm də Bakıda Ahıllar Evinin yaşlı sakinlərinə müxtəlif idman hərəkətləri ilə dərslər keçirəm. Bu gün Naxçıvanda olmaqdan çox məmnunuq. Buradakı uşaqların hər birinin gələcəyi parlaqdır. Onların bədii gimnastikaya olan marağı gələcəkdə öz yerlərini uğurla təmsil edəcəyinə əminlik yaradır. Bu yaşdakı uşaqların gimnastikaya olan həvəsi hər birinin fiziki və mənəvi tərbiyəsində xüsusi rola malikdir. Biz də hər birinə uğurlar arzu edib, onları gələcəkdə beynəlxalq arenalarda görmək istəyirik”.
Bülbül Quliyeva
Digər xəbərlər