Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
22 noyabr 2024-cü il tarixdə keçirilən təlimə Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyələrin məsul şəxsləri cəlb ediliblər.
Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Ülvi Əliyev tədbiri giriş sözü ilə açaraq genderlə bağlı keçirilən təlimin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək genderə məsul şəxslərin vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verib. Bildirilib ki, yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, yerlərdə baş verə biləcək gender əsaslı zorakılıq hallarının vaxtında qarşısının alınması və müvafiq tədbirlərin görülməsi məqsədilə yaradılan Bələdiyyələrdə Gender Komissiyalarının məsul şəxslərinin peşəkarlığı diqqətdə saxlanılır.
30 nəfərin yararlandığı təlimin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb, broşürlər paylanılıb.
Digər xəbərlər