ADF 2026: Azərbaycanın qlobal siyasətdə artan rolu...
13:55 18.04.2026
0
0
1
10 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şahbuz rayonunun Türkeş kəndində “Gender bərabərliyi kontekstində qadınların ictimai rolu və qərarqəbuletmədə iştirakının təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib. “Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəyalə Baxışlı mövzunun aktuallığından bəhs edərək bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva çıxışında bildirib ki, gender bərabərliyi cəmiyyətin hərtərəfli inkişafının əsas istiqamətlərindən biridir. Qadınların ictimai həyatda fəal iştirakı və qərarqəbuletmə proseslərində təmsil olunması sosial tərəqqinin, demokratik dəyərlərin və ədalətli idarəetmənin mühüm göstəricisidir. Qeyd olunub ki, qadınların təhsil, elm, iqtisadiyyat, mədəniyyət və dövlət idarəçiliyi sahələrində aktivliyi cəmiyyətin potensialının daha dolğun reallaşmasına şərait yaradır. Bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi, qadınların liderlik bacarıqlarının inkişaf etdirilməsi və mövcud stereotiplərin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır. Sonda vurğulanıb ki, qadınların qərarqəbuletmə proseslərində iştirakının təşkili sağlam, inklüziv və balanslı cəmiyyətin formalaşmasına xidmət edir. Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici broşürlər iştirakçılara paylanıb.
Digər xəbərlər