Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanı...
21:22 17.01.2025
0
0
0
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq bir qrup könüllü gəncin iştirakı ilə Naxçıvan şəhərində yerləşən Xatirə muzeyinə ekskursiya təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir gənclərin vətənpərvərlik hisslərinin artırılması, tarixi gerçəkliklərin öyrənilməsi və şəhidlərimizin yad edilməsi məqsədinə xidmət edib.
Muzeyin bələdçisi iştirakçıları adıçəkilən məkanın yaranması tarixi və ekspozisiyası haqqında məlumatlandırıb. Bildirilib ki, muzey ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb.
Qeyd olunub ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. Xatirə muzeyində Bakıda və Naxçıvanda baş verən həmin hadisələri əks etdirən çoxsaylı eksponatlar var. Həmçinin burada həmin hadisələr zamanı şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları da nümayiş etdirilir.
Digər xəbərlər